Hocalı Katliamı

26 Şubat 1992 de Hocalı’da Azeri Kardeşlerimiz Katledildi… Hocalı Katliamı…. Allah Rahmet Eylesin…
————————–—————-
Öldü… bir körpə də qəhrəman oldu,
Bir ömrə,həyata nöqtə qoyuldu.
Allah rəhmət etsin ölənlər sizə,
Həm mərhəmət etsin millətimizə.
Şəhidin məkanı əbədi cənnət,
Bunu dərk etsəniz böyükdür hikmət.
Öldün,ölümünlə ucaldın əsgər,
Xalqımız ər zaman qədrini bilər.
Şəhidsən sən uca bir zirvədəsən,
Bu xalqın,millətinürəyindəsən.
Ah düşmən,nə qədər acımasızsan,
Körpəyə,qocaya heç baxmayırsan.
Dağıdıb,taladınsən Xocalımı,
Səhraya döndərdin gülüstanımı.
Xocalım məhv oldu,dağıldı Allah,
Bu günü yaşamaq ağırdı Allah.
Xocalım qoy sənə baxım doyunca,
Bəlkə görüşmədik ömür boyunca.
Baxıram Xocalım viran görünür,
Hər kəsin gözləri giryan görünür.
Yurdum toz-torpaqdan düman içində,
Xocalım yamandan-yaman içində.
Erməni deyilən ürəyi yoxmuş,
Zülmkar dünyada nə qədər çoxmuş.
Istərdim yaşayım ağrı-acısız.
Neynirəm yaşayım mən xocalısız.
Dağılsın bu dünya,dağılsın!!!!

Neynirəm yaşayım mən xocalısız. Dağılsın bu dünya,dağılsın!!!!  Xocalı